Vitse-prezident Kabilə qayıtdı, partlayış oldu

  22 İyul 2018    Oxunub : 844
Vitse-prezident Kabilə qayıtdı, partlayış oldu
Əfqanıstana qayıdan birinci vitse-prezident Əbdül Rəşid Dostum Kabil aeroportunu tərk etdikdən sonra partlayış baş verib.
TASS-ın məlumatına görə, partlayış siyasətçinin tərəfdarlarının toplaşdığı yerdə olub. Partlayış nəticəsində həlak olanların əksəriyyəti təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.

Qeyd edək ki, çarter reyslə gələn Əbdül Rəşid Dostumun olduğu təyyarə Hamid Karzai adına beynəlxalq aeroportda enib. Yüzlərlə insan, o cümlədən yüksək vəzifəli məmurlar onu qarşılamaq üçün aeroportda toplaşıblar. Siyasətçi Türkiyədə 14 ay qalıb.

AzVision.az

Teqlər: Əfqanıstan   Partlayış