Orxan Zeynalov: `Mən Öldürməmişəm`

Orxan Zeynalov: `Mən Öldürməmişəm`
  17 Oktyabr 2013    Oxunub:1144
Orxan Zeynalov Yeqor Şerbakovun qətli ilə bağlı polisə verdiyi ilkin ifadəsindən imtina edib.

Moskvada Rusiya vətəndaşı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən həmyerlimiz Orxan Zeynalovun məhkəməsi baş tutub. Proses zamanı Orxan Zeynalov bir müddət əvvəl polisə verdiyi ilk ifadəsini, yəni qətli törətdiyini inkar edib.

O, tərcüməçi vasitəsilə “Mən razı deyiləm. Mən öldürməmişəm” deyib. O, cərimə ödəmək şərtilə zaminə buraxılmasını xahiş edib.

Buna baxmayaraq, hadisənin canlı şahidi olduğunu iddia edən ölən şəxsin rəfiqəsi qatilin məhz Zeynalov olduğunu bildirib. Onun dedikləri cinayət işinə əlavə edilib.

Prokuror isə öz nitqində cinayəti Zeynalovun törətdiyini və hadisə yerindən qaçıb gizləndiyini bildirib. Və Orxan Zeynalovun həbsini istəyib.

Qeyd edək ki, Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli törətdiyini etiraf edib.

O. Zeynalovun 10 ildir ki, Rusiyada qeyri-qanuni yaşadığı iddia olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti