MSK nəticələri Konstitusiya Məhkəməsinə təqdim etdi

MSK nəticələri Konstitusiya Məhkəməsinə təqdim etdi
  17 Oktyabr 2013    Oxunub:970
`Seçkilərə zərrə qədər kölgə sala biləcək hər hansı fakt qeydə alınmayıb.`
AzVision.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) 9 oktyabrın prezident seçkilərinin yekunları barədə protokolun və seçkilərin nəticələrinin təsdiq edilməsi və elan olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edib.
Məsələ ilə bağlı bu gün keçirilən iclasda MSK sədri Məzahir Pənahov bildirib ki, seçkilər nüfuzlu beynəlxalq qurumların nümayəndələri tərəfindən müşahidə olunub. KİV-lər seçkilərin gedişini operativ şəkildə ictimaiyyətə çatdırıb:

`Seçkilərin yekunları ilə bağlı rəylər onu deməyə əsas verir ki, seçkilər çox mütəşəkkil şəkildə keçirilib. Seçicilər maneəsiz olaraq məntəqələrə gəlib, 5192 məntəqədə veb kameralar quraşdırılıb, səsvermə prosesini yerli və beynəlxalq müşahidəçilər izləyib`.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti