Azərbaycanlı hüquq-müdafiəçiləri rusiyalı həmkarlarına müraciət edib

Azərbaycanlı hüquq-müdafiəçiləri rusiyalı həmkarlarına müraciət edib
  17 Oktyabr 2013    Oxunub:1033
Biz Rusiyanın hüquq-müdafiə orqanlarına, hüquq-müdafiəçilərinə Orxan Zeynalovla bağlı müraciət etmişik. Onlara yazmışıq ki, bu məsələni nəzarətdə saxlasınlar”.
Bunu AzVision.az-a açıqlamasında hüquq-müdafiəçisi Novella Cəfəroğlu Rusiya vətəndaşını öldürməkdə ittiham olunan həmyerlimiz Orxan Zeynalovdan danışarkən deyib. O bildirib ki, azərbaycanlı hüquq müdafiəçiləri rusiyalı həmkarlarına bu məsələ ilə bağlı iradlarını bnildiriblər:

“Birinci iradımız bu oldu ki, Orxan Zeynalov həbs olunanda ona işgəncə verilib və bu görüntülər bütün dünyaya yayılıb. İkinci iradımız isə o oldu ki, Orxan Zeynalovun təqsiri sübuta yetirilmədən onla belə davranıblar. Üçüncüsü isə o, ifadəsində qeyd edib üzərinə hücum çəkən 3 nəfərdən özünü müdafiə edib. Bundan başqa Orxan Zeynalovun vəkilini onun yanına getməyə qoymayıblar”.

N.Cəfəroğlu vurğulayıb ki, bu iradlar rusiyalı hüquq müdafiəçiləri ilə yanaşı beynəlxalq təşkilatara da göndərilib: “Bizim Daxili İşlər Nazirliyi də Orxan Zeynalovun bu hadisədən əvvəl Azərbaycanda cinayət törətməsi iddialarını təkzib edib. Rusiyadakı səfirimiz Polad Bülbüloğlu da Moskvada bu məsələni qaldırıb. O, vəkil də tutub. Bu da hökumətin gördüyü işlərdir”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti