XİN Orxan Zeynalova yardım edəcək

XİN Orxan Zeynalova yardım edəcək
  17 Oktyabr 2013    Oxunub:1044
Azərbaycan tərəfi Orxan Zeynalovla görüş üçün Rusiya ilə danışıqları davam etdirir.
Azərbaycan tərəfi qətldə şübhəli bilinərək saxlanılan Orxan Zeynalovla görüş qazanmaq almaq üçün Rusiya tərəfi ilə danışıqlar aparır.

Bunu keçirdiyi brifinqdə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Mətbuat katibi ölkəmizin bu məsələ ilə bağlı Rusiyaya nota təqdim etdiyini də təsdiqləyib. “Azərbaycan öz vətəndaşına lazım olacaq bütün dəstəyi göstərəcək. Bununla bağlı Azərbaycanın Rusiyadakı səfirliyinə müvafiq təlimatlar verilib. Azərbaycan səfirliyi ölən Yeqor Şerbakovun ailəsinə başsağlığı da verib", - deyə bildirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti