Milli Şura Rəsul Quliyevin gedişinə sevindi

Milli Şura Rəsul Quliyevin gedişinə sevindi
  17 Oktyabr 2013    Oxunub:1020
“Milli Şuradan qopmalar artıq özünü büruzə verir. Ona görə də hesab edirəm ki, təşkilatın fəaliyyəti dəyişməlidir və orada əqidəsində, mübarizəsində səmimi olan insanlar qalmalıdır”.
Bu barədə AzVision.az-a Milli Şuranın üzvü Eldəniz Quliyev Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Milli Şuradan istefa verməsi ilə bağlı münasibət bildirərkən deyib.
E.Quliyev hesab edir ki, Rəsul Quliyevin gedişi doğru addımdır.
“Gedənə yaxşı yol deyərlər. İnsan çox yerdən gedə bilər və yaxud gələ bilər. Əsas odur ki, əqidəsində dəyişkən olmasın. Çünki əqidə şüşə kimidir. O sınanada ciliklənir”.
E.Quliyev ACP-nin sədri Sülhəddin Əkbərin Milli Şuradan çıxmasına inanamadığını deyib.
“Sülhəddin Əkbərin Milli Şuradan çıxması ilə bağlı məndə informasiya yoxdur. Hesab edirəm ki, Sülhəddin bəy Milli Şurada öndə gedən adamlardan olub. Onun istefa məsələsinə inanmıram”- deyə Milli şura üzvü bildirib.

Şəhanə RƏHİMLİ



Teqlər:  





Xəbər lenti