Rəsul Quliyev: “Gərək 10 il əvvəl istefa verərdim”

Rəsul Quliyev: “Gərək 10 il əvvəl istefa verərdim”
  17 Oktyabr 2013    Oxunub:1106
Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev partiyadan və üzvü olduğu Milli Şuradan istefa verməsinin səbəbini açıqlayıb.
AzVision.az-a danışan R.Quliyev istefa xəbərini təsdiq edib. O, bu addımının doğru olduğunu bildirib:

“Mənim atdığım addım düzgün addımdır. Respublikada olan mənim tərəfdarlarımın maksimum 5 faizi ACP-də cəmləşib. Yerdə qalan 95 faizi müxtəlif partiyalarda olanlar və ən çoxu heç bir partiya üzvü olmayan və olmaq istəmiyənlərin arasındadır. Belə bir vəziyyətdə mənim ACP-nin lideri kimi qalmağım düzgün deyil, əksinə belə bir qərarı gərək 10 il bundan öncə qəbul edərdim. ACP üzvüləri ilə bu məsələni müzakirə edəcəyəm, əlbəttə bizim mübarizəmiz bir yerdə davam edəcək. Sadəcə olaraq mübarizənin masştabını böyütməliyik. O ki qaldı İctimai Palatanın liderlərinə mən onları heç 2 il bundan öncədə müxalifət hesab etmirdim “-deyə R.Quliyev bildirib.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti