Orxanın anası:`Onu təhqir etsələr, özümü partladacam`- VİDEO

Orxanın anası:`Onu təhqir etsələr, özümü partladacam`-  VİDEO
  17 Oktyabr 2013    Oxunub:1089
Rusiyada qətl törətməkdə ittiham olunan Orxan Zeynalovun anası Rusiya mediasına müsahibə verib.
Yasəmən Zeynalova ailə üzvlərindən birinin Yeqor Şerbakovun qalmaqallı qətlində əli ola biləcəyinə inanmadığını bildirib:

“Mən inanmıram ki o günahkardır, lakin əgər günahkardırsa, niyə görə o təhqir olunur? Onu niyə döyürlər? Əgər o günahkardırsa müvafiq qanunlar var və həmin qanunlarla mühakimə etmək lazımdır. Elə təhqir olunur ki, bu, heç bir çərçivəyə sığmır. Mən bütün instansiyalara şikayət edəcəm”.

Qadın həmçinin iddia edir ki, müşahidə kameraları tamamilə başqa insanı çəkiblər, sadəcə Orxana bənzəyir:

“Görüntüdə tamamilə başqa insandır. Daha sonra oğlumu tutdular. Bu nə deməkdir? Biz hər zaman ruslara hörmətlə yanaşmışıq. Orxan niyə görə hansısa yad bir oğlanı bıçaqlasın? O yaxşı, mədəni ailədəndir. Bu hadisəni qəsdən siyasiləşdirirlər ki, bütün azərbaycanlıları Rusiyadan çıxarsınlar. Çünki belə bir tendensiya gedir. Orxan bu cinayətə aidiyyatı olmayan şəxsdir, bu, saxtakarlıqdır”.

Ananın sözlərinə görə, oğlunun Rusiyaya 10 ildir ki getməsi yalandır. O, cəmi 3 ildir ki ora gedib:

“Mən Rusiya prezidentinə müraciət etmək istəyirəm ki, şəxsən bu prosesi nəzarətə götürsün...Əsas odur ki, onu döyüb təhqir etməsinlər, yoxsa mən gəlib özümü orada partladacam”.



AzVision.az


Teqlər:  





Xəbər lenti