`Ramiz Mehdiyevə o rəqəmi Morninqstar demişdi`

`Ramiz Mehdiyevə o rəqəmi Morninqstar demişdi`
  17 Oktyabr 2013    Oxunub:1069
`ABŞ rəsmiləri 2013-cü ilin oktyabrında keçirilən seçkilərdən əvvəl daim Azərbaycan tərəfi ilə görüşlərində Prezident İlham Əliyevin yüksək reytinqinin olması və alternativsizliyini vurğulayıblar.Onlar həmçinin cəmiyyətin bütün təbəqələrinin həyata keçirilən sosial-iqtisadi proqramların reallaşmasında dövlət başçısına dəstəyini qeyd ediblər`.

Bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov ABŞ Dövlət Departamentinin mətbuat katibinin Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “ABŞ bizə 74-75%-lə kifayətlənməliyik deyirdi” bəyanatına münasibətini şərh edərkən deyib.

“ABŞ Dövlət Departamentinin sözçüsünün dediklərinə gəldikdə isə, deməliyəm ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qeyd etdiyi rəqəmlər ABŞ tərəfi, ələxsus səfir R.Morninqstar tərəfindən Azərbaycanın hökumət üzvləri və PA nümayəndələri ilə müxtəlif görüşlərində səsləndirilib. Hesab edirik ki, qapalı görüşlərdə bir cür danışıb, mediada tam başqa cür çıxış etmək yolverilməzdir. O ki, qaldı Dövlət Departamentinə, WikiLeaks timsalında bütün dünya ABŞ Dövlət Departamentinin real addımlarının və onlarının təkzibinin şahidi olub”,- deyə Aslanov bildirib.


Teqlər:





Xəbər lenti