Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv oluna bilər

Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv oluna bilər
  17 Oktyabr 2013    Oxunub:1074
Azərbaycan və Türkiyə arasında viza rejimi gələn il ləğv oluna bilər. AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Türkiyə mətbuatına verdiyi müsahibəsində bildirib.

Səfir qeyd edib ki, viza rejiminin ləğv olunması istiqamətində işlər davam edir:

"Viza məsələləri ilə bağlı ötən aylarda Azəbaycandan mütəxəssislərdən ibarət böyük bir nümayəndə heyəti Ankaraya gəlib. Yaxın zamanda isə Türkiyədən nümayəndə heyətinin Azərbaycana gəlməsi gözlənilir". /trend.az/


Teqlər:  





Xəbər lenti