Fuad Muradov Almaniyada iş adamları ilə görüşüb
Səfər çərçivəsində mühüm görüşlərdən biri də Almaniyanın Köln şəhərində yaşayan azərbaycanlı iş adamları ilə keçirilib. Toplantıda Almaniyadakı azərbaycanlı iş adamlarının fəaliyyəti, “Made in Azerbaycan” brendinin tanıdılması, iş adamlarının ölkəmizdə biznes maraqlarının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib. Almaniya azərbaycanlılarının Koordinasiya Şurasının yaradılması və biznes forumun keçirilməsi təklifləri maraqla qarşılanıb. İş adamları yeni biznes platformasının və resurs mərkəzinin yaradılmasını təklif ediblər.
Fuad Muradov yeni təşəbbüslərin olmasının, sosial-mədəni layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq, görüş iştirakçılarını əmin edib ki, onların təşəbbüsləri, təklifləri qiymətləndiriləcək, bundan sonra heç bir diaspor təşkilatı və heç bir insan diqqətdən kənarda qalmayacaq, gənclərin diaspor fəaliyyətinə cəlb olunması üçün mümkün addımlar atılacaq. Komitə sədri diaspor hərəkatının keyfiyyətcə yeni mərhələyə-lobbiçilik fəaliyyətinə keçməsinin gerçəkləşdirilməsi yolunda da mühüm planların olduğundan bəhs edib.
AzVision.az
Teqlər: Almaniya Azərbaycan