Azərbaycan Rusiyaya nota göndərdi

Azərbaycan Rusiyaya nota göndərdi
  17 Oktyabr 2013    Oxunub:977
Azərbaycanın Rusiyadakı Səfirliyi Rusiyanın Xarici İşlər Nazirliyinə nota göndərib.

AzVision.az-a açıqlamasında bu sözləri səfirliyin müşaviri Fəridə Ağazadə deyib. Onun sözlərinə görə, artıq səfirlik nazirliyə nota göndərib.

“Notanı göndərmişik. Birazdan həmin notanın mətnini mətbuata yayacağıq”-deyə, F.Ağazadə əlavə edib.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğludünən “Dojd” telekanalına müsahibəsində qeyd etmişdi ki, sabah Rusiya Xarici İşlər Nazirliyinə nota göndəriləcək:

“Təəssüflər olsun ki, bu olayla hansısa azərbaycanlının əlaqəsi var. Azərbaycan vətəndaşının bu işdə günahının olub-olmamasını məhkəmə müəyyən edəcək. Məhkəməyə qədər baş verənlər, yazılanlar hamısı mənasız şeylərdir. Hazırda bizdə iş günü deyil. İki gün Qurban bayramı ilə əlaqədar iş günü deyildi. Biz sabah Rusiya Xarici İşlər Nazirliyinə nota göndərəcəyik, konsul dəstəyi tələb edəcəyik. Qətldə şübhəli bilinən şəxs vəkillə və lazım olduğu təqdirdə tərcüməçi ilə təmin olunmalıdır”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti