Milli Məclisin növbəti iclasının vaxtı bilindi

Milli Məclisin növbəti iclasının vaxtı bilindi
  17 Oktyabr 2013    Oxunub:897
İclasın gündəliyinə 31 məsələ daxildir
Azərbaycan Milli Məclisinin növbəti plenar iclası oktyabrın 22-də olacaq.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu açıqlamasında bildirib ki, iclasın gündəliyinə 31 məsələ daxildir.

Bunlar “Bədən tərbiyəsi və idman haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara, o cümlədən Mülki, Vergi, Cinayət və İnzibati Xətalar məcəllələrinə və s. dəyişikliklərdir.

Eyni zamanda Bakı, Gəncə və Şirvan apelyasiya məhkəmələrinin vəzifələrindən azad edilməsi və Bakı apelyasiya məhkəməsinin təyin olunması da gündəliyə daxildir.(apa)


Teqlər:





Xəbər lenti