Allahşükür Paşazadəyə Belçikada medal veriləcək

Allahşükür Paşazadəyə Belçikada medal veriləcək
  17 Oktyabr 2013    Oxunub:987
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 16-da Belçikaya yola düşüb.

QMİ-dən AzVision.az-a bildirilib ki, səfər Krans Montana Forumunun Brüsseldə keçirilən XV illik sessiyasına dəvət əsasında həyata keçirilir.

Oktyabrın 16-da açılışı olan sessiya oktyabrın19-dək davam edəcək. Sessiyanın işi müxtəlif mövzulara həsr olunmuş plenar iclaslar şəklində təşkil edilib. Plenar iclasların nüzakirəsinə çıxarılan mövzular arasında YUNESKO və İSESKO ilə əlaqədə «Daha humanist dünya: stabilliyin və inkişafın yolu» problemi yer almışdır. Burada «Dinlərin sülh və strukturlaşdırma rolunun inkişafı» məsələsi ətrafında məruzələr dinləniləcək. Bu plenar iclasda QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə məruzə ilə çıxış edəcək.

Tədbirin sonuncu günü Krans Montana Fondunun 2013-cü il mükafatları və medalları təqdim olunacaq. Oktyabrın 19-da keçiriləcək təltifetmə mərasimində qurumun təsisçisi Jan Pol Karteron tərəfindən Krans Montana Forumunun medalı Qafqaz Müsəlmanları İdarəsinin sədrinə təqdim olunacaq.

Krans Montana Forumunun mükafatlarının indiyədək təqdim olunduğu nüfuzlu şəxslər sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın adlarını çəkmək olar.

AzVision.az



Teqlər:  





Xəbər lenti