“Əhalinin gəlirləri artıb”

 “Əhalinin gəlirləri artıb”
  17 Oktyabr 2013    Oxunub:950
Bu ilin 9 ayı ərzində əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə artıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, gəlirlər 7,6 faiz artaraq 25,4 milyard manata çatıb. Onun hər nəfərə düşən həcmi orta hesabla 2736,5 manat təşkil edib.

Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,9 faiz bəndi üstələyərək 6,2 faiz olub.
Bu dövr ərzində gəlirlərin 68,5 faizi son istehlaka, 9,1 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 20,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamda qalan gəliri 23,1 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 7,5 faiz artıb.

Fatimə


Teqlər:  





Xəbər lenti