Qusardakı silahlı insidentlə bağlı rəsmi Açıqlama

Qusardakı silahlı insidentlə bağlı rəsmi Açıqlama
  17 Oktyabr 2013    Oxunub:1138
Azərbaycan Daxili İşlər Nazirliyi Qusar rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 16-sı saat 08.00 radələrində Qusar şəhərində naməlum şəxs şəhər sakini, valyutadəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərində olan 6000 min manatı qarət yolu ilə ələ keçirib.

“İsti iz”lərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəhər sakini Edik Rüstəmov müəyyən edilərək saxlanılıb.

Cinayət yolu ilə əldə edilmiş pulun götürülməsi üçün Rayon Polis Şöbəsinin əməkdaşları saxlanılan şəxsi şəhər kənarındakı meşə zolağına aparıb, bu zaman orada E. Rüstəmovla cinayətkar əlaqələri olan 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Sonrakı əməliyyat tədbirləri ilə silahlı hücumun Qusar şəhər sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov tərəfindən törədilməsi müəyyən edilib.

Hazırda ağır cinayət törədərək hadisə yerindən qaçan həmin şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti