Adnan Oktarın ilk ifadəsi: “Mən dəli deyiləm...”
O, bildirib ki, bununla bağlı xəstəxana arayışları var: “Mən dəli deyiləm. 60-a yaxın xəstəxananın bununla bağlı arayışı var”.
Qeyd edək ki, ötən gün 62 yaşlı Adnan Oktarın villası detektorlarla axtarılıb, ərazidə qazıntı işləri aparılıb. Təşkilata üzv olmaqda şübhəli bilinən 235 şübhəlidən, 192-i yaxalanıb. 43 şübhəli isə axtarışdadır. Bundan başqa 106 qadın şübhəlidən 105-i artıq saxlanılıb. Zərərçəkmişlərin sayı isə 82-yə çatıb.
Polis əməkdaşları bildirir ki, təhdid, şantaj və “çirkli pul”ların yuyulmasından aylıq 10 milyon dollar gəlir əldə edən təşkilatın “itmiş” 200 milyon lirəsinin aqibəti araşdırılır.
Kənan Məmmədov
AzVision.az
Teqlər: Adnan-Oktar