MSK: Cəmil Həsənlinin müraciətləri əsassızdır

MSK: Cəmil Həsənlinin müraciətləri əsassızdır
  16 Oktyabr 2013    Oxunub:892
Mərkəzi Seçki Komissiyası Cəmil Həsənlinin müraciətlərini əsassız hesab edir.
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı quruma daxil olan müraciətlərə baxıb.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, iclasda MSK katibi Arifə Muxtarova və Komissiyanın üzvü Ramiz İbrahimov bildiriblər ki, prezidentliyə namizəd Cəmil Həsənli tərəfindən daxil olan müraciətlər bəzi seçki komissiyalarında protokolların tərtib olunması zamanı seçki qanunvericiliyinin müddəalarının pozulması ilə bağlı olub.

Bildirilib ki, müraciət əsasında onlarla məntəqədən yüzlərlə şəxsdən izahat alınıb və müraciətlər öz təsdiqini tapmadığından əsassız hesab edilib.


Teqlər:





Xəbər lenti