UNESCO-nun baş direktoru İlham Əliyevi təbrik etdi

UNESCO-nun baş direktoru  İlham Əliyevi təbrik etdi
  16 Oktyabr 2013    Oxunub:1132
İrina Bokova: Azərbaycan ilə UNESCO arasında çox gözəl əməkdaşlıq əlaqələri daha da inkişaf edəcək.
AzVision.az xəbər verir ki, UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: "Növbəti prezident seçkilərində yenidən inamlı qələbə qazanmağınız münasibətilə UNESCO adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edir, Azərbaycan Respublikasının ali dövləti vəzifəsində Sizə davamlı müvəffəqiyyət arzulayıram.

Fürsətdən istifadə edərək ölkənizin UNESCO-nun fəaliyyətində oynadığı mühüm rolu çox yüksək qiymətləndirirəm. May ayında Azərbaycana səfərimdən çox gözəl xatirələr qalıb. O zaman mən Azərbaycan Respublikası Hökumətinin çoxtərəfli beynəlxalq əməkdaşlıq öhdəliklərinə və inkişafa sadiqliyinin şahidi oldum. Azərbaycanın təşkilatımızın qlobal missiyalarına verdiyi dəstəkdə UNESCO-nun xoşməramlı səfiri kimi birinci xanım Mehriban Əliyevanın dəyərli töhfələrini xüsusi qeyd edirəm.

İnanıram ki, Azərbaycan ilə UNESCO arasında çox gözəl əməkdaşlıq əlaqələri gələcək illərdə daha da inkişaf edəcəkdir.

Əmin ola bilərsiniz ki, bunun üçün mən əlimdən gələni edəcəyəm.

Zati-aliləri, Sizə ən xoş arzularımı çatdırır, yüksək ehtiramımı və hörmətimi qəbul etməyinizi xahiş edirəm".

***

BMT-nin Cenevrə ofisinin mədəniyyət məsələləri komitəsinin sədri David Çikvaidze Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib
Təbrik məktubunda deyilir
Zati-aliləri əziz Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz xalqınızdan güclü, inamlı və yüksək nəticələr gözlənilən mandat almısınız.
Böyük atanız və müasir Azərbaycanın banisi Heydər Əliyevin siyasi irsinə əsaslanan Sizin müdrik, balanslaşdırılmış və prinsipial rəhbərliyiniz altında sabitlik və tərəqqi yolu ilə irəliləyən ölkəniz regional güc mərkəzinə, siyasi, iqtisadi, təhlükəsizlik və enerji sahələrində əsas oyunçuya çevrilmişdir.
Ali dövləti vəzifənizdə Sizə böyük uğurlar və ölkənizə gələcək illərdə yeni nailiyyətlər arzulayıram.
Dərin hörmət və xoş arzularla, David Çikvaidze
BMT-nin Cenevrə ofisinin mədəniyyət məsələləri komitəsinin sədri


Teqlər:





Xəbər lenti