Karapetyanın yaxın adamı intihar edib

Karapetyanın yaxın adamı intihar edib
  09 İyul 2018    Oxunub:3040
Bu gün Ermənistanda “Transqaz” şirkətinin direktoru, kriminal avtoritet Ara Vardanyanın qaynatası, “Qazi Kolya” adı ilə tanınan Nikolay Qabrielyan intihar edib.
AzVision.az “Shamshyan.com” saytına istinadən xəbər verir ki, N. Qabrielyan yaşadığı evin eyvanına çıxaraq baş nahiyəsinə atəş açıb. Hadisə yerinə baxış zamanı 69 yaşlı Nikolay Qabrielyanın özünü güllələdiyi odlu silah tapılıb. Hadisənin intihar və ya qətl hadisəsi olması ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Nikolay Qabrielyan Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın yaxın adamı olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti