İvanişvili: “Mən erməniləri çox sevirəm”

İvanişvili: “Mən erməniləri çox sevirəm”
  16 Oktyabr 2013    Oxunub:1006
Mən erməniləri çox sevirəm və bunu heç vaxt gizlətməmişəm. Azvsison.az “Georgiya Online” saytına istinadən xəbər verir ki, bunu oktyabrın 15-də Gürcüstanın baş naziri Bidzina İvanişvili ermənilərin kompakt yaşadığı Axalkalakidə hakim “Gürcü arzusu” partiyasından ölkə prezidentliyinə namizəd Giorgi Marqvelaşvilini təqdim edərkən deyib.

“Mən bu gün sizinlə olmağıma çox şadam və bizim tərəfdarlarımıza dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən görürəm ki, siz yeni prezidentin gəlişini gözləyirsiniz və yeni prezident mütləq Giorgi Marqvelaşvili olacaq. Biz həqiqətən qardaşıq, siz – bizim kimi Gürcüstan vətəndaşlarısınız, bura – sizin vətəninizdir. Gürcüstanın problemləri var. Bizim ərazilərimiz itirilib, problemlər Ermənistanda da var, və mən ümid edirəm ki, biz birlikdə bu çətinlikləri adlayaraq bərpaya aparan yola layiqincə çıxacağıq”, deyə İvanişvili bildirib.


Teqlər:





Xəbər lenti