Evdən qumbara, dini broşuralar tapıldı

Evdən qumbara, dini broşuralar tapıldı
  07 İyul 2018    Oxunub:5260
Yevlax sakini Sumqayıtda tutulub.
AzVision.az DİN-ə istinadə xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Mahir Əzizovun Sumqayıt şəhəri ərazisində kirayədə yaşadığı mənzildən 2 ədəd “F-1” qumbarası, 15 ədəd dini məzmunlu broşura və 10 ədəd CD disk aşkar edilərək götürülüb.

Dini broşura və CD disklər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təhvil verilib.

AzVision.az


Teqlər: Sumqayıt   DİN  





Xəbər lenti