Ermənilərin qətlə yetirdiyi Zəhranın qardaşı dünyaya gəlib

Ermənilərin qətlə yetirdiyi Zəhranın qardaşı dünyaya gəlib
  07 İyul 2018    Oxunub:6692
Ötən ilin iyulun 4-də ermənilərin Alxanlı kəndində qətlə yetirdiyi Zəhra Quliyevanın qardaşı dünyaya gəlib.
AzVision.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat yayıb.



İctimai birliyin sədri qeyd edib ki, uşağa Murad adı qoyulub: “Bu mələk erməni terrorunun qurbanı olan mələk Zəhranın yeni doğulmuş qardaşıdır. Allahın ailəyə nəsib etdiyi Muradıdır. O, mütləq Zəhranın qisasını düşmənlərimizdən alacaq”.

Qeyd edək ki, 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Düşmən təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

AzVision.az


Teqlər: Zəhra   Qardaş  





Xəbər lenti