Tramp avroatlantik əməkdaşlığı Putinə qurban verir

Tramp avroatlantik əməkdaşlığı Putinə qurban verir
  06 İyul 2018    Oxunub:2830
Brüsseldə keçiriləcək sammit ərəfində NATO-da vəziyyət olduqca gərgindir və bu gərginlik indiyədək müşahidə olunmayan yeni və daha təhlükəli xarakter alıb.
AzVision.az bildirir ki, bu barədə NATO-nun Avropadakı birləşmiş silahlı qüvvələrinin sabiq baş komandanı Ceyms Stavridis “Bloomberg”də dərc etdiyi məqalədə deyib.

O, qeyd edib ki, NATO-da işlədiyi 2009-2013-cü illərədə Liviya və Əfqanıstan məsələləri ilə bağlı alyansın üzvləri arasında fikir ayrılıqları və ziddiyyətlər, hətta səlahiyyət və öhdəliklərin ABŞ və digər üzvlər arasında ədalətli bölgüsünə dair bitməyən mübahisələr var idi.

Lakin sabiq baş komandanın fikrincə, hazırkı dövrdə ABŞ prezidenti Donald Trampın NATO-ya və onun bəzi üzv dövlətlərinin liderlərinə qarşı açıq-aydın şəxsi antipatiyası var - məsələn, Trampın Almaniya kansleri Angela Merkelə, Böyük Britaniya baş naziri Tereza Meyə və Kanada baş naziri Castin Trüdoya münasibətdə kobudluğu və onları bəyənməməsi hamıya məlumdur. “ABŞ prezidentinin NATO-nun demokratik liderlərinə münasibətdə antipatiyası ilə Rusiyanın diktator lideri Putinə olan rəğbəti arasındakı siyasi ayırma alyansdaxili münasibətlərdə böyük boşluq yaradır.” - deyə Stavridis bildirib.

Onu da vurğulayıb ki, Şimali Atlantika alyansının nisbətən daha önəmli milli liderləri arasındakı bu cür şəxsi düşmənçilik indi Rusiya prezidenti Vladimir Putinin “hibrid müharibə” metodlarilə NATO-ya təzyiq etdiyi xüsusilə təhlükəli bir zamanda baş verir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   NATO  





Xəbər lenti