Sumqayıtda 13 ədəd mərmi tapılıb

  05 İyul 2018    Oxunub : 2419
Sumqayıtda 13 ədəd mərmi tapılıb
İyunun 4-də saat 17:51-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətindən Agentliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 11 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AzVision.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.



Havanın qaranlıq olması ilə əlaqədar olaraq, bu gün də əməliyyatlar davam etdirilib. Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən birlikdə həmin ərazidə dəniz sahilinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi (F-460)) və 12 ədəd partlamış (boş) mərmilər aşkar olunub, götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.



Mərmilərin tapıldığı yerin ətrafında 2 500 kv.m əraziyə (1 500 kv.m yeraltı və 1 000 kv.m yerüstü) baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

AzVision.az

Teqlər: Mərmi   Sumqayıt   ANAMA