Zakir Həsənov hərbi qulluqçuları Alxanlıya göndərdi - FOTOLAR

Zakir Həsənov hərbi qulluqçuları Alxanlıya göndərdi - FOTOLAR
  04 İyul 2018    Oxunub:5146
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazirliyin bir qrup hərbi qulluqçusu Füzuli rayonunun Alxanlı kəndində olaraq, bir il öncə erməni təxribatının qurbanı olan yaş yarımlıq Zəhra və onun nənəsinin məzarını ziyarət ediblər.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani baş vermiş faciəni xatırladaraq bildirib ki, erməni daşnakları zaman-zaman xalqımıza qarşı təcavüz etmiş, günahsız insanları hətta qocaları, qadınları, körpələri qətlə yetirmişlər. Ötən əsrin əvvəllərində də belə olmuş, bugün də ermənilər öz məkrli niyyətlərindən əl çəkmirlər. Xocalıda və digər rayonlarda ermənilərin dinc əhaliyə, xüsusilə günahsız uşaqlara divan tutması, onların işgəncələrlə qətlə yetirilməsinə olan etirazlar bir çox beynəlxalq təşkilatlar tərəfindən cavabsız qaldığına görə düşmən yenə də bu iyrənc niyyətlərini davam etdirir.



Məsum Zəhranın ölümü bütün xalqımız kimi Azərbaycan Ordusunun şəxsi heyətinin də böyük hiddətinə səbəb olmuş və nənə ilə nəvənin intiqamı artıqlaması ilə düşməndən alınmışdır.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloij Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev Müdafiə Nazirliyi rəhbərliyi adından körpə şəhidlə nənəsinin vəfatı ilə əlaqədar bir daha onların ailəsinə baş sağlığı verərək səbir və dözüm arzulayıb. İdarə rəisi qeyd edib ki, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüz tezliklə bərpa ediləcək, qaçqınlarımız, köçkünlərimiz minillik dədə-baba torpaqlarına qayıdacaq və bütün şəhidlərimizin, eləcə də məsum Zəhranın ruhu şad olacaq.
Hərbi qulluqçulardan polkovnik Elşad Əbilov, Alxanlı kənd icra nümayəndəsi İlham İsrafilov və başqaları çıxış edərək tezliklə şəhidlərimizin qisasının alınacağına dair əminliklərini bildirdilər.



Salman baba nəvəsinə və ömür-gün yoldaşına göstərilən daimi ehtiram və qayğıya görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.



AzVision.az


Teqlər: MN   Zəhra   Alxanlı  





Xəbər lenti