Müdafiə Nazirliyi: `Səfirin sözləri olduğu kimi yayılıb`

Müdafiə Nazirliyi: `Səfirin sözləri olduğu kimi yayılıb`
  15 Oktyabr 2013    Oxunub:932
Müdafiə Nazirliyini ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumatdan təəssüfləndiyini bildirib.
Oktyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarla görüşündə Azərbaycanda keçirilən Prezident seçkiləri ilə bağlı səfirin söylədikləri mətbuatda yayıldıqdan sonra səfirlik tərəfindən məlumatın dəqiq olmadığı barədə açıqlama verilib.

Biz buna təəssüfümüzü ifadə edirik. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, rəsmi məlumatın səfirə aid olan hissəsində heç bir təhrifə yol verilməyib, onun sözləri olduğu kimi yayılıb. Əgər səfirlik mövqeyində israr edərsə, Müdafiə Nazirliyi səfir Riçard Morninqstarın fikirlərinin audio yazısını təqdim etməyə hazırdır.
Müdafiə Nazirliyinin Mətbuat Xidməti görüş zamanı heç bir qeyri-dəqiqliyə və doğru olmayan fikirlərin yayılmasına yol vermədiyini bir daha bəyan edir.


Teqlər:  





Xəbər lenti