“Böyük Ermənistan” ideoloqlarının korrupsiya işi - VİDEO
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın milli təhlükəsizlik xidməti məlumat yayıb.
Hazırda fondun daxilində digər mümkün qanun pozuntuları və korrupsiya faktlarının aşkarlanması üçün hərtərəfli araşdırma aparılır. Ehtimal olunur ki, istintaqa Ermənistanın rəhbər vəzifələrində işləmiş şəxslər də cəlb oluna bilər.
Qeyd edək ki, “Hayastan” ümumerməni fondu 1992-ci ildə Ermənistan prezidentinin fərmanına əsasən yaradılıb. Bu, yeganə ictimai təşkilatdır ki, Ermənistan və onun hüdudlarından kənar yaşayan erməniləri və “Böyük Ermənistan” ideoloqlarını birləşdirir. Fondun nizamnəməsinə uyğun olaraq, onun Qəyyumlar Şurasına Ermənistanın fəaliyyətdə olan prezidenti rəhbərlik edir. Şuranın tərkibinə isə Ermənistan katolik kilsəsinin patriarxı, ölkənin baş nazirləri, konstitusiya məhkəmsinin hakimləri, Ermənistan mərkəzi bankının və parlamentinin sədrləri, Amerikadakı erməni diaspor təşkilatları və digər birliklər, həmçinin Dağlıq Qarabağ separatçılarının liderləri daxildir. Bu yaxınlarda baş anzir Nikol Paşinyan Şuranın iclasında çıxış edərək, fondun direktoru və onun "fəaliyyətini" tərifləmişdi.
“Hayastan” ümumerməni fondunun dünyanın 19 ölkəsində 22 filialı var. Fond xüsusən də, ABŞ başda olmaqla Qərb ölkələrindəki erməni kilsələri və dispor təşkilatlarilə sıx əməkdaşlıq edir.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Ermənistan diaspora fond