Bakıda 52 nəfəri gün vurub

Bakıda 52 nəfəri gün vurub
  04 İyul 2018    Oxunub:2004
Ölkə ərazisində müşahidə edilən anomal istilərlə əlaqədar təcili yardıma bu günə qədər 52 nəfər günvurma diaqnozu ilə müraciət edib.

Bu barədə AzVision.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib. O, bildirib ki, həmin şəxslərdən 31 nəfəri xəstəxanalara yerləşdirilib.
R.Nağıyev, həmçinin qeyd edib ki, günvurma diaqnozu ilə müraciət edənlərdən 38 nəfəri kişi, 10 nəfəri qadın, 4 nəfəri isə oğlan uşağıdır.

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti vətəndaşlara günvurmadan qorunmaq məqsədilə günorta vaxtlarında açıq havada çox olmamağı, qoruyucu vasitələrdən istifadə olunmasını və kifayət qədər sərin maye qəbul etməyi tövsiyə edir. Hətta yüngül dərəcəli günvurma halları olduqda belə vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinika şöbəsinə müraciət edilməsi məsləhətdir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Xəstəxana  





Xəbər lenti