Əfv sərəncamının icrasına başlanılıb

Əfv sərəncamının icrasına başlanılıb
  15 Oktyabr 2013    Oxunub:912
Bu gün əfv sərəncamının icrasına başlanıb.
Sərəncamı oktyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanıb.

Sərəncam ümumilikdə 153 məhkuma şamil olunub. Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 134 şəxs cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər cəzadan, 16 nəfər isə cərimə cəzasından azad edilib.

Cəzasının çəkilməmiş hissəsindən azad olunanlar arasında keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, “Azpetrol” şirkətinin keçmiş prezidenti Rafiq Əliyev də var.

Əfv sərəncamı bəzi xarici ölkə vətəndaşlarına da şamil edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti