Bayram namazı nə vaxt qılınacaq?

Bayram namazı nə vaxt qılınacaq?
  15 Oktyabr 2013    Oxunub:1124
Qafqaz Müsəlmanları İdarəsi bayram namazının vaxtını açıqladı
Azərbaycanda Qurban Bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı məlum olub. Qafqaz Müsəlmanları İdarəsind`n verilən məlumata görə, bayram namazı oktyabrın 16-da səhər saat 09:00-da qılınacaq.

Bütün məscidlərdə, o cümlədən `Təzə Pir`məscidində də bayram namazı qılınacaq.

Qeyd edək ki, Azərbaycanda oktyabrın 15-i və 16-sı Qurban Bayramı günü kimi qeyd olunur.

AzVision.az





Teqlər:  





Xəbər lenti