Xose Manuel Barrozu İlham Əliyevi təbrik etdi

Xose Manuel Barrozu İlham Əliyevi təbrik etdi
  15 Oktyabr 2013    Oxunub:879
Azvsison.az xəbər verir ki, Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi Avropa Komissiyasının adından və öz adımdan təbrik etmək istəyirəm. Ümidvaram ki, prezidentliyinizin yeni müddəti də ölkəniz və xalqınız üçün davamlı şəkildə uğurlu olacaqdır. Sizə bu işdə uğurlar arzulayıram.
Sizi bir daha əmin etmək istərdim ki, demokratiya və qanunun aliliyi daxil olmaqla beynəlxalq səviyyədə qəbul edilmiş prinsip və dəyərlərə hörmət əsasında Avropa Komissiyası Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi və enerji sahələrində olan əlaqələri daha da dərinləşdirməyə böyük önəm verir.

İcazə verin, ali dövləti vəzifənizdə Sizə müvəffəqiyyətlər arzu edim. Ümidvaram ki, həm şəxsi, həm də ikitərəfli, çoxtərəfli və Şərq tərəfdaşlığı çərçivəsində əlaqələrimiz davamlı şəkildə inkişaf edəcəkdir".


Teqlər:





Xəbər lenti