“Məşğulluq haqqında” qanun qəbul olundu

“Məşğulluq haqqında” qanun qəbul olundu
  29 İyun 2018    Oxunub:1727
Milli Məclisin bu gün keçirilən iclasında “Məşğulluq haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, layihə barədə parlamentin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Diqqətə çatıdırlıb ki, üçüncü oxunuşda qanun layihəsinə bəzi texniki düzəlişlər edilib. 37 maddədən ibarət olan qanun layihəsi məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.

Lahiyə səsverməyə çıxarılaraq qəbul olunub.

AzVision.az


Teqlər: Milli-Məclis   Qanun  





Xəbər lenti