İlham Əliyevə təbriklər davam edir

İlham Əliyevə təbriklər davam edir
  15 Oktyabr 2013    Oxunub:982
Dünya ölkələrinin dövlət başçıları və tanınmış ictimai, siyasi xadimlərdən Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir.
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycanın dövlət başçısını təbrik edib:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Yenidən ali dövləti vəzifəyə seçilməyiniz Sizin ölkənin və onun xalqının rifahının daha da inkişaf etdirilməsinə yönəlmiş qətiyyətli kursunuzun qardaş Azərbaycan xalqı tərəfindən geniş dəstəklənməsinə daha bir sübutdur.

Ürəkdən inanıram ki, Gürcüstan ilə Azərbaycan Respublikası arasında dostluq, qarşılıqlı hörmət və dəstəyə əsaslanan çoxşaxəli əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da daim inkişaf edəcəkdir.

Fürsətdən istifadə edib Zati-alinizə cansağlığı, səadət və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayıram".

XXX
Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən:

"Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbəniz münasibətilə Sizi Serbiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan təbrik edirəm. Ali dövləti vəzifənizdə Sizə uğurlar arzulayıram.

Seçkilərdə qazandığınız dəstək onu sübut edir ki, Sizin vətəndaşlar ölkədə həyata keçirilən tərəqqini qiymətləndirərək dövlətin idarə olunmasını Sizə etibar etmişlər.

Əminəm ki, ölkələrimizin uğurlu siyasi və iqtisadi əməkdaşlığı bundan sonra da davam edəcəkdir. İnanıram ki, bu əməkdaşlıq xalqlarımız üçün faydalı olacaqdır".

XXX
İordaniya Senatının sədri Tahir Əl-Masridən:
"Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi ifadə etməkdən dərin məmnunluq hissi duyur və bildirirəm ki, bu seçim müdrik Azərbaycan xalqının Sizə və Sizin apardığınız uğurlu islahatlara inamının göstəricisidir.

Sizi qələbə münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı arzulayır, qardaş Azərbaycan Respublikasına uğurlar diləyirəm. Əminəm ki, İordaniya və Azərbaycan parlamentləri arasında mövcud olan sıx əməkdaşlıq qardaş ölkələrin rifahı naminə daha da möhkəmlənəcəkdir.
Allah işlərinizi uğurlu etsin".

XXX
Bosniya və Herseqovinanın kommunikasiya və nəqliyyat naziri Damir Hadziçdən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Seçkilərdə inamlı qələbəniz müasir Azərbaycanı daha da inkişaf etdirmək uğrunda səylərinizin xalq tərəfindən yüksək qiymətləndirilməsinin təsdiqidir. İnamlı qələbəniz şəxsiyyətinizdən və dahi insan və lider Heydər Əliyevin müəyyənləşdirdiyi məqsədlərin həyata keçirilməsində qazandığınız uğurlardan xəbər verir.
Zati-aliləri, Sizi - Bosniya və Herseqovinanın dostunu bir daha təbrik edirəm. Ən yaxın vaxtlarda Bosniya və Herseqovinaya səfər edərək, Sizi həqiqi qardaş və dost kimi qarşılamaq imkanı qazanmaq ümidi ilə ən xoş arzularımı çatdırıram".

XXX
Çin Xalq Respublikasının Sədri Si Tszinpindən:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Son illər Sizin rəhbərliyiniz altında Azərbaycanda sabit sosial-siyasi vəziyyət müşahidə olunur, iqtisadi inkişaf sahəsində əhəmiyyətli nəticələr əldə edilir, beynəlxalq birlikdə Azərbaycanın statusu və nüfuzu durmadan yüksəlir. Çin tərəfi bütün bunlara ürəkdən sevinir.

Çin ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri diplomatik əlaqələrin qurulduğu 21 il ərzində sağlam və sabit məcrada inkişaf edir. Hər iki ölkə daim yüksək səviyyədə əlaqə saxlayır, işgüzar əməkdaşlıq səmərəli surətdə inkişaf edir, humanitar mübadilələr getdikcə daha sıx xarakter alır. Hər iki ölkə beynəlxalq və regional məsələlərdə birgə fəaliyyət həyata keçirir. Mən Çin ilə Azərbaycan arasında bütün sahələrdə ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafına Sizin verdiyiniz mühüm töhfələri yüksək qiymətləndirirəm. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük diqqət yetirirəm. Çin sadiq dost və tərəfdaş kimi Azərbaycana güvənir. Mən Çin-Azərbaycan münasibətlərinin davamlı inkişafını iki ölkənin və onların xalqlarının rifahı naminə irəlilətmək üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Azərbaycanın çiçəklənməsini və qüdrətli olmasını, xalqınıza xoşbəxtlik, Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram".

XXX
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Viktor Sadovniçidən:
"Azərbaycan Respublikasında keçirilmiş prezident seçkilərində qələbəniz münasibətilə Sizi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin çoxminlik kollektivi adından və şəxsən öz adımdan təbrik edirəm.

Yeni müddətə Prezident seçilməyiniz və bu seçkilərdə inamlı qələbəniz təsdiq edir ki, Azərbaycan xalqı Sizin simanızda onu tərəqqiyə aparan və ölkədə həyat şəraitini yaxşılaşdıran Lider görür. Siz beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin tanıdığı demokratik seçkilərlə haqlı olaraq qürur duya bilərsiniz.
Hörmətli İlham Heydər oğlu, Sizə bizim universitet korporasiyasının tamhüquqlu üzvü, Moskva Universitetinin Fəxri professoru kimi də təbrik sözləri ilə müraciət etmək mənə xüsusilə xoşdur. Qapılarımız həmişə Sizin üzünüzə açıqdır. Sizin gəlişiniz və burada çıxışınız Moskva Universiteti üçün həmişə bayram və böyük sevinc olacaqdır. Sizi əmin edirəm ki, Moskva Universiteti təhsildə və elmdə tərəqqiyə nail olmaq işinə həmişə lazımi töhfə verməyə hazırdır və ümidvaram ki, bizim fəal və səmərəli əməkdaşlığımız həmişə Rusiya və Azərbaycan xalqlarının dostluq əlaqələrinin çoxəsrlik ənənələrinin zənginləşməsinə xidmət edəcəkdir.

Sizin Fərmanınızla açılmış, yorulmaz dəstəyiniz və qayğınız sayəsində Azərbaycanda universitet elminin və təhsilinin əsl incisinə, yüksək dərəcəli qabaqcıl təhsil müəssisəsinə çevrilmiş Moskva Universitetinin Bakı filialının yaradılması humanitar sahədə səmərəli Rusiya-Azərbaycan qarşılıqlı əlaqələrinin həyata keçirilməsinə gözəl nümunədir.
Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, güclü və çiçəklənən Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə yeni uğurlar arzulamaq istərdim".

XXX
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbekoviçdən:
"Azərbaycan Respublikasını prezident seçkilərinin müvəffəqiyyətlə keçməsi ilə əlaqədar, şəxsən Sizi isə qələbə münasibətilə təbrik edirəm.
Bosniya və Herseqovina ilə Azərbaycan Respublikasının sıx tarixi əlaqələri vardır. Sizin seçkilərdə parlaq qələbəniz xalqlarımız arasında həqiqi dostluğu daha da möhkəmləndirəcəkdir. Əməkdaşlığımızın davam etməsinə səmimi qəlbdən şadam.
Zati-aliləri, Sizə ən dərin ehtiramımı bildirirəm".

XXX
Türkiyə İşçi Sindikatları Konfederasiyasının sədri Ergün Atalaydan:

"Oktyabrın 9-da keçirilən prezident seçkilərində inamlı qələbəniz dost və qardaş Azərbaycan vətəndaşlarının Sizə böyük inamının, ölkənin siyasi, sosial və iqtisadi həyatının inkişafı sahəsində gördüyünüz möhtəşəm işlərin xalq tərəfindən bəyənilməsinin təsdiqidir.

Sizin rəhbərliyinizlə Azərbaycan həm bölgədə siyasi və iqtisadi gücünü artırmış, həm də vətəndaşların həyat şəraitini və hüquqlarını təqdirəlayiq səviyyəyə yüksəltmişdir. Bununla bərabər, Türkiyə-Azərbaycan əlaqələrinə verdiyiniz önəm sayəsində ikitərəfli münasibətlər daha da güclənmiş, "Bir millət, iki dövlət" anlayışı hər iki ölkədə yeni məzmun kəsb etmişdir.
Türkiyə İşçi Sindikatları Konfederasiyasının bütün üzvləri adından və şəxsən öz adımdan Sizi yenidən Prezident seçilməyiniz münasibətilə böyük məmnunluqla təbrik edir, uğurlarınızın bundan sonra da davamlı olacağına sonsuz inamımı diqqətinizə çatdırıram".
XXX
ABŞ senatoru Cim Devisdən:

"Seçkilərdə qazandığınız qələbə münasibətilə Sizi təbrik etməkdən qürur duyuram. Seçkilərin nəticələri Sizin ölkənizin gələcəyi üçün gördüyünüz işlərin, güclü hakimiyyətinizin və xalqınızın gücünün sübutudur. Azərbaycanda ümumi daxili məhsulun üç dəfə artması və Bakının müasir şəhərə çevrilmə prosesi də daxil olmaqla ölkənizin uğurlarına çox sevinirəm.

Rəhbərliyiniz altında Qərblə olan enerji və təhlükəsizlik əlaqələri genişlənmiş və bu, Azərbaycanı ABŞ və Avropa İttifaqının mühüm regional tərəfdaşına çevirmişdir. Bu yaxınlarda Azərbaycana səfərim zamanı xalqınızın yüksək qonaqpərvərliyinin, vətəndaşlarınızın gənc müstəqil ölkənin inkişaf sahəsində qazandığı uğurlardan məmnun qaldıqlarının şahidi olmuşam.
Bir daha seçkilərdə qazandığınız qələbə münasibətilə təbriklərimi və ən xoş arzularımı çatdırmaq istərdim. Ümidvaram ki, ölkələrimiz arasında əlaqələr daha da inkişaf edəcəkdir".


Teqlər:





Xəbər lenti