Azərbaycanda 30 mindən çox narkoman var

Azərbaycanda 30 mindən çox narkoman var
  28 İyun 2018    Oxunub:1356
Respublika üzrə 01.01.2018-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 30131: dispanser qeydiyyatında olanlar-25139 nəfər, profilaktik-4992 nəfər, anonim müalicə alan-1031 nəfərdir.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, qadınların ümumi sayı 595 nəfər: dispanser qeydiyyatında olanlar –450 nəfər, profilaktik - 145 nəfər təşkil edir. Toksikomanların ümumi sayı 212: dispanser qeydiyyatında olanlar-207 nəfər, profilaktik -5 nəfərdir. 2017-ci il ərzində 2115 narkoman qeydiyyata götürülmüşdür: dispanser qeydiyyatında olanlar – 1566 nəfər, profilaktik - 549 nəfər.

Qeyd olunub ki, 2017-ci il ərzində qeydiyyatdan çıxarılanların ümumi sayı 1432 nəfərdir: dispanser qeydiyyatında olanlar –488 nəfər, profilaktik - 944 nəfər). İnyeksion narkotik istifadəçilərinin sayı 21038 nəfər təşkil edir. Onlardan 393 nəfəri qadındır. Eyni zamanda 2018-ci ilin I rübü ərzində Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub. Respublika üzrə 2018-ci il I rübü ərzində ekspertizadan cəmi 526 nəfər keçib. Onlardan 372 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub. 2018-ci ilin I rübü ərzində Mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 17 nəfərdir.

"2018-ci ilin I rübü ərzində Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 8056 nəfər keçmişdir. Onlardan 1043 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə edilib, 551 nəfər istifadəçi aşkarlanaraq qeydiyyata götürülüb. 2018-ci ilin I rübü ərzində Respublika Narkoloji Mərkəzində 784 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 253 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 529 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11) diaqnozları ilə stasionar müalicəyə qəbul olunub. Digərləri başqa diaqnozlarla stasionar müalicəyə qəbul olunub".

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 yanvar 2006-cı il tarixli qərarı ilə ölkəmizdə “Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları” təsdiq edilib. Bu proqramlar inyeksion yolla narkotik maddələr istifadə edənlər arasında İİV/QİÇS-in yayılmasının qarşısını almağa yönəlib. Hazırda Metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 230 xəstə müalicə alır. Onlardan RNM-də 179 nəfəri, 51 nəfəri isə QİÇS-lə Mübarizə Mərkəzindədir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzində insan immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsinin yaradılması barədə” 22/I-ŞH saylı 16.07.2011-ci il tarixli əmrinə əsasən 14.07.2011-ci il tarixdən Respublika Narkoloji Mərkəzində insanın immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsi yaradılıb. 2018-ci ilin I rübü ərzində Respublika Narkoloji Mərkəzində müayinədən 615 nəfər keçib.

AzVision.az


Teqlər: Narkoman  





Xəbər lenti