Tərtərdə qumbara tapılıb

Tərtərdə qumbara tapılıb
  28 İyun 2018    Oxunub:951
Bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə Tərtər şəhəri, N.Nərimanov küçəsində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
Bu barədə AzVision.az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tərtər şəhər Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Tərtər şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd RQD-5 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının tapıldığı yerin ətrafında 120 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

AzVision.az


Teqlər: ANAMA  





Xəbər lenti