Ər və arvadı küçədə ölümcül döydülər - VİDEO

  27 İyun 2018    Oxunub : 926
Ər və arvadı küçədə ölümcül döydülər - VİDEO
Bakıda döyülmə hadisəsi baş verib.
Sabunçu rayonunun Maştağa yolunda 31 yaşlı Murad Ələkbərli həyat yoldaşı ilə yolla gedərkən naməlum şəxslərlə mübahisəsi düşüb.

Bu zaman onlar Murad Ələkbərlini döyərək xəstəxanalıq ediblər, onun həyat yoldaşına isə yüngül xəsarətlər yetiriblər. Yaralı hadisə yerinə çağrılan təcili tibbi yardım maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Murad Ələkbərli açıq kəllə beyin travması, alın sümüyünün açıq sınığı və qarnının küt travması xəsarəti alıb, vəziyyəti ağır qiymətləndirilir.

Hadisə barədə Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinə məlumat verilib. Faktla bağlı artıq cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. (ARB TV)



AzVision.az

Teqlər: DİN   Hadisə