Türkiyə parlamentinə Baykal sədrlik edəcək

Türkiyə parlamentinə Baykal sədrlik edəcək
  27 İyun 2018    Oxunub:1292
Türkiyədə 27-ci çağırış parlamentin 8 iyulda keçiriləcək ilk iclasını CHP-dən seçilən millət vəkili Dəniz Baykal açacaq.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı onun qızı Aslı Baykal Türkiyə Böyük Millət Məclisinin nümayəndələrilə keçirdiyi görüşdə təsdiq edib.
Antalyadan seçilən 80 yaşlı millət vəkili Dəniz Baykal xəstəliyi ilə əlaqədar bir müddətdir ki, müalicə alır və ayaq üstə çox dayana bilmir. Lakin qaydalara əsasən, Türkiyədə seçkilərdən sonra yeni tərkibli parlamentin ilk iclasına ən yaşlı millət vəkili sədrlik etməlidir. Dəniz Baykalın iclasa sədrliyi üçün müvafiq şərait yaradılacaq.

Bazar günündə keçiriləcək iclasdan əvvəl Baykal müvəqqəti olaraq Türkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Qəhrəmandan sədrlik vəzifəsini və möhürü təhvil alacaq. Deputatların andiçmə mərasimində sıra Ankaradan seçilən millət vəkillərinə gəldikdə isə, Dəniz Baykal sədrliyə ara verəcək və toplantıya Baykaldan sonra ikinci ən yaşlı deputat – İYİ partiyasının Ankaradan seçilən üzvü Durmuş Yılmaz sədrlik edəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   seçki   TBMM  





Xəbər lenti