442.7 min hektar sahədə taxıl biçini aparılıb

442.7 min hektar sahədə taxıl biçini aparılıb
  27 İyun 2018    Oxunub:3280
26 iyun 2018-ci il tarixinə olan məlumata əsasən respublikanın 38 rayonundan “Azəripək” MMC tərəfindən 509 ton yaş barama qəbul edilib.
Bu barədə AzVision.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məlumat verib.

A.Hüseynov bildirib ki, respublikada 442.7 min hektar sahədə taxıl biçini aparılıb: "Bunun 183.7 min hektarı buğda, 259 min hektarı arpa sahələridir. Orta statistik göstəricilərə əsasən bu il buğdanın məhsuldarlığı 31.2 s/ha, arpanın məhsuldarlığı isə 27.7 s/ha təşkil edib.

Nazirlik rəsmisi qeyd edib ki, hazırda rayonlarda barama qəbulu və biçin davam etdiyi üçün mövsümün sonuna qədər bu rəqəmlər dəyişəcək.

AzVision.az




Teqlər: Taxıl   Barama  





Xəbər lenti