Düşmənin müharibə qorxusu - Erməni general etiraf etdi
“Bakıda Türkiyə hərbçilərinin iştirakı ilə böyük hərbi parad keçirilib. Azərbaycanda keçirilən hərbi paradda Türkiyə hərbçilərinin iştirakı rəsmi Moskva və Tehran üçün mesaj olmalıdır. Türkiyə-Azərbaycan arasında mövcud iqtisadi, logistika, enerji bloku artıq hərbi tandemə çevrilir. Türkiyənin hərbi ekspansiyası Xəzər dənizinə qədər çatıb. Ən əsası isə artıq Azərbaycan Belarus istehsalı olan “Polonez” raket kompleksi və İsraildən “LORA” raketləri alıb. Bundan başqa Azərbaycan PUA-lar da istehsal etməyə başlayıb. Bu, o deməkdir ki, Qarabağda yeni müharibə hərbi-texniki baxımından əvvəlkindən fərqli olacaq - bu, “smart war” olacaq. Rəsmi Bakı canlı qüvvənin qorunmasına və yeni hərbi texnikanın istifadəsinə diqqət yönəldəcək”, - deyə separatçı "nazir" qorxusunu gizlətməyib.
Mnaçakanyan, həmçinin etiraf edib ki, Azərbaycan ordusu ən yeni hərbi texnika ilə təchiz edilib: “Bu isə o deməkdir ki, bu gün başlayacaq münaqişəyə cavab vermək üçün günlər deyil, saatlar lazım olacaq. Rəsmi Bakı aprel müharibəsi zamanı erməni tərəfini əsas mərkəzdən diqqətini yayındırmaq üçün müxtəlif istiqamətlərdən hücum edib. Azərbaycan Xankəndinin bir neçə on kilometrliyində yerləşən Ağdam istiqamətində böyük qüvvələr toplayıb. Bu, tank nüfuzu baxımından təhlükəli istiqamət sayılır”.
İlkin Nəcəfzadə
AzVision.az