Hərbçilərin siğortası müzakirə olunacaq

Hərbçilərin siğortası müzakirə olunacaq
  14 Oktyabr 2013    Oxunub:860
Oktyabrın 14-də Milli Məclisin iqtisadi siyasət komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda “Sığorta fəaliyyəti haqqında”, “Hərbi qulluqçuların icbari sığortası haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası qanunlarında, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunub.

Komitənin sədri Ziyad Səmədzadə iclasın gündəliyi barədə məlumat verərək deyib ki, sığorta bazarının inkişaf etdirilməsi məqsədi ilə əvvəllər qəbul olunmuş qanunlar artıq öz nəticəsini göstərməkdədir. Qeyd olunmuşdur ki, son 10 il ərzində sığorta bazarı çox böyük sürətlə inkişaf edib.

Diqqətə çatdırılmışdır ki, iclasın gündəliyində nəzərdə tutulan dəyişikliklər və əlavələr Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun sığorta olunanlar və sığortalıların hüquqlarının qorunması ilə əlaqədar inzibati məsuliyyətin gücləndirilməsi üçün edilir.

Komitə iclasında müzakirə edilən hər beş qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə olunub.


Teqlər:  





Xəbər lenti