"Sarkisyanın kürəkəni narkotik alveri ilə məşğul olur"

"Sarkisyanın kürəkəni narkotik alveri ilə məşğul olur"
  25 İyun 2018    Oxunub:1532
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Əli Həsənov Ermənistanın yeni rəhbərliyinə müraciət edib.
AzVision.az-ın məlumatına görə, Ə.Həsənov diqqətə çatdırıb ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni narkotik alveri ilə məşğul olur:

"Ermənistanın yeni rəhbərliyi bu məsələni bilməlidir. Ermənistan bizim işğal altındakı torpaqlarımızda narkotik maddələri yetişdirib, bunun müqabilində silah alır".

Ə. Həsənov, həmçinin qeyd edib ki, Azərbaycanda narkomaniya ilə bağlı hüquqi baza yaradılıb: "Parlament bu istiqamətdə 29 qanun qəbul edib. Bundan başqa, Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub".

Aytən Zəhra
AzVision.az


Teqlər: Əli-Həsənov  





Xəbər lenti