Məhərrəm İncə Ərdoğanın qələbəsini etiraf etdi

Məhərrəm İncə Ərdoğanın qələbəsini etiraf etdi
  25 İyun 2018    Oxunub:2273
Türkiyədə keçirilən prezident seçkilərində iştirak edən Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə rəqibi Rəcəb Tayyib Ərdoğanın qalib olduğunu etiraf edib.

AzVision.az xəbər verir ki, bu barədə “FOX TV”nin aparıcı İsmayıl Küçükkaya “Twitter” hesabında məlumat yayıb.
Küçükkayanın yaydığı məlumata görə, İncə deyib: “Təbii ki, ədalətli bir yarış deyildi. Amma Ərdoğanın qələbə qazandığını qəbul edirəm”.

M.İncənin seçkinin nəticələrinə dair bu gün mətbuat konfransı keçirəcəyi gözlənilir.



Qeyd edək ki, Türkiyənin Ali Seçki Komissiyasının (ASK) sədri Sədi Güvən bildirib ki, ölkə üzrə 59.354.840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib. Seçicilərin 52.6 faizi prezidentliyə namizəd Ərdoğana səs verib. CHP-nin namizədi Məhərrəm İncə isə seçicilərin 30 faizinin səsi ilə ikinci yerdə qərar tutub.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Seçki   Ərdoğan   İncə  





Xəbər lenti