Poroşenkoya ömürlük həbs verildi

Poroşenkoya ömürlük həbs verildi
  22 İyun 2018    Oxunub:2470
Luqanskda yerləşən Ukrayna Xalq Tribunalı Pyotr Poroşenko rejiminin ölkə vətəndalarına qarşı hərbi cinayətlərinin istintaqı üzrə hökm çıxararaq, Ukrayna prezidenti və administrasiyanın daha 7 üzvünə qarşı ömürlük qiyabi həbs qərarı verib.
AzVision.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

“Ukrayna Cinayət Məcəlləsinin birinci bölməsinin 70-ci maddəsində göstərilən cinayətlərin məcmusuna əsasən, azadlıqdan ömürlük məhrumetmə formasında cəza təyin edilsin” – deyə Tribunalın hakimi Yelena Şişkin hökmü oxuyub.

Qərara görə, cəzanın müddəti ittiham olunanlar həbs olunan gündən hesablanacaq.

Qeyd edək ki, Luqansk və Donetsk Ukraynanın şərqində yerləşən münaqişə rayonlarıdır və özlərini “müstəqil” respublika elan etsələr də, beynəlxalq birlik tərəfindən tanınmırlar. 2014-cü ilin Maydan hadisələrindən bəri Şərqi Ukraynada – Donbassda hökumət qüvvələrilə qarşıdurma indiyədək davam edir. Ukrayna böhranının Minsk razılaşmaları üzrə nizamlanması ilə Rusiya, Ukrayna, Almaniya və Fransanın iştirakilə “Normand formatı” məşğul olur.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   Donbass  





Xəbər lenti