“ASAN Viza” TİMATİC nəşrində

“ASAN Viza” TİMATİC nəşrində
  20 İyun 2018    Oxunub:1533
Viza qaydalarının beynəlxalq bilet satış agentləri vasitəsilə sərnişinlərə və xarici hava limanlarında xidmət personallarına tam çatdırılması məqsədilə Beynəlxalq Hava Nəqliyyat Assosasiyasının (İATA) 1963-cü ildən nəşr olunan TİMATİC nəşrinin May 2018 buraxılışında “ASAN Viza” haqqında məlumat dərc olunub.
Bu barədə AzVision.az-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, nəşrdə ölkələrə vizanın verilməsi müddəti, eyni zamanda ASAN Viza vasitəsilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi və digər məlumatlar qeyd olunub.

Qeyd edək ki, Timatic sərhədkeçmə qaydalarının tələblərinin yerləşdirildiyi məlumat bazasıdır. Beynəlxalq aviaşirkətlər və hava limanları tərəfindən geniş şəkildə istifadə edilir və bu sahədə etibarlı mənbə sayılır.


AzVision.az


Teqlər: ASAN-Viza  





Xəbər lenti