Hansı İT şirkətinin əməkdaşları iş yerini daha çox sevir?

Hansı İT şirkətinin əməkdaşları iş yerini daha çox sevir?
  13 Oktyabr 2013    Oxunub:632
Azvsison.az Onliner-ə istinadən xəbər verir ki, “Fortune 500” (siyahıya gəlir səviyyəsinə görə ABŞ-ın ilk 500 nəhəng şirkəti daxildir) siyahısında əmək fəaliyyəti ilə məşğul olan 4 milyon qulluqçu təhlil edildikdən sonra əldə olunan məlumatlara əsasən, “Google” əməkdaşları işə qəbul olduqdan sonra şirkətdə orta hesabla 1,1 il çalışır, “Amazon” şirkətində isə əməkdaşlar daha az – 1 il fəaliyyət göstərir.
“IBM” şirkətində əməkdaşların çalışma müddəti ilə bağlı vəziyyət nisbətən daha yaxşıdır. Belə ki, statistikaya əsasən, burada işdə çalışma müddəti 6,4 ilə çatır. İkinci yerdə 5,2 il göstəricisi ilə “HP”, üçüncüdə - “Intel” (4,3 il) qərarlaşıb.

“Microsoft” korporasiyası siyahıda dördüncü yeri (4 il) tutur, daha sonrakı yerlərdə “Wal-Mart” (3,3 il), “Yahoo!” (2,4 il) və “eBay” qərarlaşıb.

Lakin təəssüflər olsun ki, “Apple” şirkəti haqqında məlumat yoxdur. Bu, həm məlumatların məxfi saxlanılması, həm də şirkətdə orta iş müddətinin çox aşağı olması ilə əlaqədar ola bilər.


Teqlər:





Xəbər lenti