KXDR Yaponiya ilə gizli danışıqlar aparır
Bu məsələ Şimali Koreya lideri ilə ABŞ prezidenti Donald Trampın Sinqapurdakı görüşündə də müzakirə olunub. Tramp Kim Çen Ina izah edib ki, tam nüvəsizləşmə həyata keçirilərsə, ABŞ Pxenyana qarşı tətbiq etdiyi sanksiyaları götürəcək. Amma əgər Şimali Koreya tammiqyaslı iqtisadi yardım almaq istəyirsə, o zaman Yaponiya ilə danışıqlar aparmaldır. Lakin Tramp vurğulayıb ki, ölkədə məcburən saxlanılan yaponiyalıların işi həll edilmədən Abe Çen Ina kömək etməyəcək. Nəticədə Kim Çen In Şinzo Abe ilə şəxsən görüşərək, Yaponiya ilə Şimali Koreya arasındakı mövcud problemləri müzakirə etməyə razılıq verib.
Qeyd edək ki, Yaponiya baş naziri Kim Çen Inla görüşmək istəyini bir neçə dəfə dilə gətirib. Məlumata əsasən, Abe avqustda Pxenyana səfər edə bilər, yaxud da Yaponiya və Şimali Koreya liderləri sentyabrda Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumu çərçivəsində təmas quracaqlar.
Leyla Elbrusqızı
AzVision.az