Balayan təxribatçılığından qalmır

Balayan təxribatçılığından qalmır
  13 Oktyabr 2013    Oxunub:1392
Z. Balayan Putinə məktub yazıb onu Qarabağa çağırdı.
Bədnam erməni yazıçısı, ötən əsrin 80-ci illərinin sonlarında SSRİ rəhbəri Mixail Qorbaçova Qarabağda ermənilərin “əzildiyi” barədə məktublar yazıb separatçılığı qızışdıran Zori Balayan Rusiya prezidenti Vladimir Putinə açıq məktub yazıb.

AzVsison.az virtualaz.org - a istinadən xəbər verir ki, məktubun mətni Rusiya ermənilərinin qəzeti olan “Yerkramas”ın saytında yerləşdirilib. Bədnam yazıçı əvvəlcə Putindən məktubunun həddən artıq uzun olduğuna görə üzr istəyir.

“Əgər siz mənim məktubumu uzun olduğuna görə oxumasanız və ya deyildiyi kimi, diaqonal üzrə oxusanız, mən bunu normal və ayıq qəbul edərdim” - deyə Balayan bildirir.

Məlum olur ki, Balayanın məktubu Gülüstan müqaviləsinin yaxınlaşan 200 illiyi ilə bağlıdır. Yazıçı 1813-cü ildə Rusiya imperiyası ilə İran arasında imzalanmış bu sülh müqaviləsi haqda faktları öz bildiyi kimi uzun-uzadı təhrif edərək Putini inandırmağa çalışır ki, indiki Qarabağ və Azərbaycan ərazilərinin böyük hissəsi əslində Rusiyanın tarixi əraziləridir. Ona görə də Rusiya Qarabağ məsələsinə yanaşmada bu “tarixi reallığı” nəzərə almalıdır.

Z.Balayan məktubunda Putini “vaxt tapıb” Qarabağa, işğal altındakı ərazilərə səfər etməyə, Gülüstan kəndinə baş çəkməyə və “erməni tarixi abidələrinə baxıb” münaqişənin köklərinin haradan qaynaqlandığına nəzər salmağa çağırıb.

Bədnam erməni yazıçısının köhnə xislətinə uyğun olaraq Moskvaya yazdığı, yalanlar və saxtakarlıq üzərində qurulmuş məktubuna Azərbaycan tarixçilərinin diqqət yetirməsi, Balayana tutarlı cavab verməsi yəqin ki, gərəkli olardı.

Bunu elə Balayan özü də gözləyir. O, məktubunda qeyd edib ki, Azərbaycan alimləri vaxtilə yazdığı “Ocaq” kitabına cavab verdikləri kimi görünür, buna da cavab verəcəklər...


Teqlər:





Xəbər lenti