TANAP işə salındı - VİDEO (Yenilənib)

TANAP işə salındı - VİDEO (Yenilənib)
  12 İyun 2018    Oxunub:13545
Bu gün Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. TANAP layihəsinin istismara verilməsinə həsr olunmuş mərasim açıq elan olunub.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.

Daha sonra Şimali Kiprin lideri Mustafa Akıncı, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç, Ukrayna Prezidenti Petro Poroşenko, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.

Çıxışlardan sonra TANAP layihəsi işə salınııb. Sonda birgə foto çəkdirilib.



Qeyd edək ki, TANAP vasitəsilə Azərbaycan təbii qazı Türkiyəyə, oradan da Avropaya nəql olunacaq. Cənub Qaz Dəhlizinin önəmli bir hissəsini təşkil edən TANAP-ın çəkilməsi ilə bağlı müqavilə 2012-ci ildə imzalanıb.

AzVision.az


Teqlər: TANAP  





Xəbər lenti