Neftçalada oğurluq edən dəstə tutulub

Neftçalada oğurluq edən dəstə tutulub
  12 İyun 2018    Oxunub:1545
Neftçala Rayon Polis Şöbəsinə ərazidə yerləşən istehsalat müəssisələrinin birindən ümumi dəyəri 16000 manat olan 200 metr naqilin oğurlanması barədə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan AzVision.az-a verilən məlumata görə, Neftçala RPŞ-nin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Elnur Mənəfov, Röyal Mehdiyev və Fərid Babayev saxlanılıb.

Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayəti etiraf ediblər. Oğurladıqları naqil onlardan maddi sübut kimi götürülüb. Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti